UEFA yeni turnirin adını rəsmən açıqladı – Konfrans Liqası

UEFA 2021-ci ildən keçiriləcək üçüncü dərəcəli klub turnirinin adını təsdiqləyib.

Komanda.az xəbər verir ki, bu, İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında gerçəkləşib.

Çempionlar Liqası və Avropa Liqası ilə yanaşı keçiriləcək turnir Konfrans Liqası adlanacaq. Turnirin qarşılaşmaları cümə axşamları Mərkəzi Avropa vaxtı ilə 18:45 və 21:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan çempionu Çempionlar Liqasında, digər üç təmsilçisi Avropa Liqası deyil, Konfrans Liqasında mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button