UEFA AÇ-2020-nin formatını dəyişmək istəmir

UEFA yayda keçiriləcək AÇ-2020-nin formatını dəyişmək niyyətində deyil.

Komanda.az xəbər verir ki, bu barədə “The İndependent” nəşri məlumat yayıb. Xəbərdə, yarışın əvvəlcədən nəzərdə tutulduğu kimi, 12 şəhərdə keçiriləcəyi bildirilib. UEFA oyunlar zamanı stadionların 75, 50 və ya 25 faizinin dolu olması variantını da müzakirə edir.

AÇ-2020 keçən ilin yayında keçirilməli olsa da, pandemiya səbəbiylə təxirə salındı. Turnirin bu ilin 11 iyun-11 iyul aralığında 12 müxtəlif şəhərdə keçirilməsi planlaşdırılır. Bu şəhərlər arasında Bakı da var.