UEFA “Trabzonspor”u avrokuboklardan kənarlaşdırdı

UEFA Türkiyənin “Trabzonspor” klubuna sərt cəza verib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi bir il müddətinə avrokuboklardan kənarlaşdırılıb.

Bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb. Xəbərdə Trabzon klubunun maliyyə feyr-pley qaydalarını pozduğu üçün cəzalandırıldığı diqqətə çatdırılıb.

Bu qərara əsasən “Trabzonspor” 2020/2021 və ya 2021/2022 mövsümlərindən birində avrokuboklara vəsiqə qazanacağı halda UEFA-nın bayrağı altında keçirilən turnirlərə qatıla bilməyəcək.