“UEFA AÇ-2020 ilə bağlı son qərarı apreldə qəbul edəcək”

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov AÇ-2020-nin bəzi oyunlarının Bakıda keçirilməsi məsələsi ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda, Məmmədov, oyunların əvvəldən nəzərdə tutulduğu kimi, Bakıda keçirilib-keçirilməyəcəyi ilə bağlı suala belə cavab verib:

“UEFA son qərarı apreldə qəbul edəcək. Hazırda 12 şəhərin vəziyyəti çox fərqlidir. Şəxsi fikrimdir ki, hər şəhərin öz sistemi tətbiq ediləcək. Bəzi ölkələrdə sərt karantin rejimi tətbiq edilir, bizdə isə nisbətən yumşalmalar var. Ümid edirəm ki, vəziyyət belə də davam edəcək. Həftədə bir dəfə vəziyyətlə bağlı məlumat göndəririk. İnanmıram ki, UEFA şəhərlərin sayını azaltsın və ya turnir sadəcə bir şəhərdə keçirməyi qərara alsın. UEFA-nın son iclasında qeyd edildi ki, çempionatın 12 şəhərdə keçirilməsi səbirsizliklə gözlənilir. Azarkeşlərin yüz faiz iştirakı sual altındadır. Bu barədə qərar da apreldə açıqlanacaq”.