UEFA səfər qolu qaydasını ləğv edir

UEFA, futbol üzrə Çempionlar Liqasında səfər qolu qaydasını ləğv etməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, məsələ qurumun İcraiyyə Komitəsinin sabah Romada keçiriləcək iclasında müzakirəyə çıxarılacaq və bu barədə yekun qərar qəbul olunacaq. Böyük ehtimalla, sözügedən qayda dəyişdiriləcək.

Qeyd edək ki, Çempionlar Liqası da daxil olmaqla, bəzi turnirlərdə səfərdə vurulan qollar komandalar üçün üstünlük hesab edilir. Bu qayda bir sıra klubların narazılığı ilə qarşılanır. Bundan əvvəl İngiltərə kubokunda səfər qolu qaydası ləğv olunub. Beynəlxalq Futbol Assosiasiyaları Birliyi də ölkə federasiyalarına bu qaydadan imtinaya icazə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button