UEFA “Səbail”in Avroliqadakı debüt matçının hakimlərini dəyişdi

Futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Səbail”lə Rumıniyanın “Universitatya Krayova” klubu arasında iyulun 11-də Bakıda keçiriləcək ilk oyunun hakim təyinatında dəyişiklik edilib.

Komanda.az xəbər verir ki, UEFA bu qarşılaşmanı daha öncə Finlandiyadan olan hakimlər briqadasının idarə edəcəyini açıqlamışdı.

Matçın baş hakimi Ville Nevalaynen təyin olunmuşdusa, ona Mikko Alakare və Mika Lamppu kömək edəcəkdi. Dördüncü hakim funksiyasını Atte Jussila yerinə yetirəcəkdi.

Amma “Səbail”in mətbuat xidmətinin yaydığı son məlumata görə, bu qarşılaşmanı Maltadan olan hakimlər idarə edəcəklər:

Baş hakim: Fyodor Zammit
Baş hakimin köməkçiləri: Duncan Sultana, Theodore Zammit
Dördüncü hakim: Mario Apap (Hakimlər briqadası Maltadandı)
UEFA nümayəndəsi: Patrik Wattebled (Fransa)
Hakim-inspektor: Miroslav Vitkoviç (Xorvatiya)

Qeyd edək ki, iyulun 11-də “ASCO Arena”da keçiriləcək “Səbail” – “Universitatya Krayova” oyununa saat 20:00-da start veriləcək.