UEFA rusiyalı referini futboldan kənarlaşdırdı

UEFA Rusiyanın FİFA dərəcəli hakimi Sergey Lapoçkini cəzalandırıb.

Komanda.az xəbər verir ki, qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 39 yaşlı referinin 90 gün müddətinə futboldan kənarlaşdırıldığı diqqətə çatdırılıb.

2018-ci ildə Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Ventspils” (Latviya) – “Bordo” (Fransa) matçından (0:1) əvvəl bəzi şəxslər Lapoçkindən oyunun nəticəsini manipulyasiya etməsini istəyiblər. Baş hakim buna razılıq verməsə də, UEFA nümayəndələrini məlumatlandırmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button