UEFA Ronaldonun cəzasını açıqladı

UEFA İtaliyanın “Yuventus” klubunun hücumçusu Kristiano Ronaldonun cəzasını açıqlayıb.

Komanda.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin Madrid “Atletiko”su ilə cavab matçında (3:0, ilk oyun 0:2) qol sevinci zamanı etdiyi hərəkətə görə cəzalanıb.

Qitə futbol qurumu sözügedən futbolçunu 20 min avro cərimə edib.

Xatırladaq ki, “Yuventus”un bu oyundakı hər üç qolunu Ronaldo vurmuşdu.