UEFA “Qarabağ”ın hesabına pul köçürdü

UEFA növbəti dəfə “Qarabağ”ın hesabına maliyyə vəsaiti köçürüb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Vəsait AFFA-nın vasitəçiliyi ilə Ağdam klubunun hesabına köçürülüb:

Azərbaycan Premyer Liqasının UEFA reytinqinə əsasən tutduğu mövqe nəzərə alınmaqla, cari mövsümdə avrokuboklarda mübarizəni davam etdirən klub olaraq – 20000 (iyirmi min) avro;

UEFA Avropa Liqasının 2019/2020-ci il mövsümündən balans olaraq – 26390 (iyirmi altı min üç yüz doxsan) avro.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button