UEFA “Qarabağ”a ödəniş etdi

UEFA-nın Klub Yarışları Komitəsinin 2019-cu il avqustun 29-da Monakoda keçirilmiş iclasında 2018/19 mövsümündə Avropa Liqası klublarından mövsümün əvvəlində tutulan məbləğin ödənilməsi ilə bağlı paylanma qaydası təsdiqlənib.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropa Liqasında ötən mövsüm çıxış edən klublar üçün məbləğin market pool nisbətində paylanacağı razılaşdırılıb.

“Qarabağ”a ayrılan 159 min 698 avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button