UEFA “Qarabağ”la “Neftçi”yə pul ödədi

“Qarabağ” və “Neftçi”nin avrokuboklarda çıxışı ilə əlaqədar UEFA-dan maliyyə vəsaiti daxil olub.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

“Qarabağ”a UEFA Çempionlar Liqasında iştirak üçün 1 140 000 avro, əlavə səyahət xərclərindən ötrü 80 000 avro ödənilib.

“Neftçi” isə Avropa Liqasının təsnifat mərhələsində iştirakı qarşılığında 260 000 avro əldə edib.