UEFA “Qarabağ” – “Molde” matçına kiprliləri təyin etdi

UEFA “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Norveç “Molde”si ilə keçirəcəyi matç üçün növbəti təyinatları açıqlayıb.

Komanda.az xəbər verir ki, qitə futbol qurumu qarşılaşmaya hakim-inspektor və UEFA nümayəndəsi kimi kiprliləri təyin edib.

Hakim-inspektor Mixalis Arquru, UEFA nümayəndəsi isə Adonis Prokopyu olacaq. Larnaka şəhərindəki görüşü serbiyalı Srcan Yovanoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, sentyabrın 16-da “AEK Arena”da keçiriləcək “Qarabağ” – “Molde” oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları 22-23 və 29-30 sentyabrda keçiriləcək.