“Qarabağ”a intizam işi açıldı – “Sevilya” ilə oyuna görə

UEFA növbəti dəfə “Qarabağ” klubuna qarşı intizam işi açıb.

Komanda.az xəbər verir ki, araşdırma Azərbaycan təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda İspaniyanın “Sevilya” klubu ilə ev oyununda (0:3) baş verənlərlə əlaqədardır.

Azarkeşlər “Sevilya”nın Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada hesabı açdığı qoldan sonra meydana kənar əşyalar atıblar. UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi məsələyə oktyabrın 17-də baxacaq (Report).

“Qarabağ” bu mövsüm daha iki dəfə – “Dandalk” və APOEL-lə oyunlarda azarkeşlərin davranışlarına görə UEFA tərəfindən cərimələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button