UEFA-nın yeni reytinq cədvəli: Azərbaycan…

Çempionlar Liqasının və Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

Komanda.az xəbər verir ki, Çempionlar Liqasında Albaniyanın “Partizani” klubu ilə səfərdə 0:0 hesablı bərabərliyə razılaşan “Qarabağ” aktivimizə 0.125 xal əlavə edib.

Avropa Liqasında dünən keçirdiyi oyunda səfərdə Moldovanın “Speranta” klubuna 3:0 hesabıyla qalib gələn “Neftçi” ölkə reytinqinə 0.250 xal qazandırıb.

Avropa Liqasının birinci təsnifat mərhələsində öz meydanında “Universitatya Kryova” klubuna 1:3 hesabı ilə məğlub olan “Səbail” isə xal ehtiyatımızı artırmağı bacarmayıb.

Bununla da, Azərbaycan son 5 mövsümdəki xallarını 15,750-ə çatdırıb və siyahıda 26-cı pillədə qərarlaşıb.