UEFA-nın vitse-prezidenti istefa verdi

UEFA-nın vitse-prezidenti və qurumun İcraiyyə Komitəsinin üzvü Mikele Uva vəzifəsindən ayrılıb.

Komanda.az xəbər verir ki, italiyalı funksioner “Corriere dello Sport” nəşrinə açıqlamasında bunları söyləyib:

“Vitse-prezident və İcraiyyə Komitəsinin üzvlüyündən istefa verdim. Peşəkar bacarıqlarımı qiymətləndirmək və qazandığım təcrübəyə, gözləntilərimə uyğun karyeramı davam etdirmək şansımın olacağına inanıram. Birlikdə keçirdiyimiz dörd il üçün UEFA-nın prezidenti, həqiqi lider, həmkarım Aleksander Çeferinə təşəkkür edirəm”.

Qeyd edək ki, 2017-ci ilin aprelində UEFA İcraiyyə Komitəsinə üzv seçilən Mikele Uva sentyabrda da vitse-prezident təyin olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button