AÇ-2020: Ev sahibi şəhərlər – video

UEFA-nın rəsmi saytında AÇ-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlər barədə videoçarx yerləşdirilib.

Komanda.az xəbər verir ki, videogörüntülərlə birgə, həmçinin qarşılaşmaların keçiriləcəyi şəhərlər barədə kiçik məlumatlar da diqqətə çatdırılıb:

  • Dəniz səviyyəsindən 28 metr aşağıda yerləşən Bakı bu göstəriciyə görə dünya paytaxt şəhərləri arasında birincidir. Bakını həm də “Küləklər şəhəri” adlandırırlar. Hələ 19-cu əsrdən etibarən bu şəhər neft hasilatının mərkəzi hesab olunurdu.
  • Bakı ultra-müasir arxitektura ilə zəngindir, qədimliyi sevənlər üçün isə burda qala divarları ilə əhatə olunmuş İçəri-Şəhər var. İçəri-Şəhər UNESCO-nun Ümumdünya İrsi siyahısına daxildir. Burda həmçinin Qız Qalası və 15-ci əsrə aid Şirvanşahlar Sarayı mövcuddur.
  • Azərbaycan milli komandasının da ev oyunlarını keçirdiyi Bakı Olimpiya Stadionunda 2019-cu il mayın 29-da UEFA Avropa Liqasının final oyunu təşkil olunub. Finalda Londonun “Çelsi” və “Arsenal” komandaları qarşılaşıb.

AÇ-2020-nin 3 qrup mərhələsi oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button