Çeferin: “Planımız avqustun sonuna qədər avrokuboklarda mövsümü tamamlamaqdır”

UEFA-nın prezidenti Aleksander Çeferin, koronavirusa görə dayandırılan avrokubokların taleyi haqda açıqlama verib.

Komanda.az xəbər verir ki, Portuqaliyanın “Record” nəşrinə danışan sloveniyalı funksioner, avrokuboklarda mövsümün avqustun sonuna kimi tamamlanacağını bildirib:

“Planımız avqustun sonuna qədər mövsümü tamamlamaqdır. Bunun reallaşacağını düşünürəm. Nə olacağını bilmək olmaz, ancaq koronavirus infeksiyasının sakitləşdiyi görünür. Başa düşmürəm, nə üçün Çempionlar Liqası və Avropa Liqası oynanılmamalıdır?”

Koronavirusa görə dayandırılan Al və ÇL-in avqustun əvvəlində bərpa olunacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button