UEFA Azərbaycan klublarına ödəniş etdi

UEFA Millətlər Liqasının 2018/2019-cu il mövsümündə və AÇ-2020-nin seçmə mərhələsində futbolçuları A milli komandaların heyətinə cəlb olunmuş klublar üçün pul ödənişi edib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA tərəfindən ayrılmış 1 137 773.20 avro pul vəsaiti AFFA-nın vasitəsilə aşağıdakı siyahıda göstərilmiş klubların hesabına köçürülüb:

Qarabağ – 436,696.69 avro
Neftçi – 210,117.58
Səbail – 172,144.67
Sabah – 88,895.90
Qəbələ – 80,514.21
Sumqayıt – 64,651.56
Zirə – 47,870.83
Keşlə – 36,881.76

Qeyd: “Keşlə” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button