Millətlər Liqası: 20 yaşlı bombardir – 4 oyun, 6 qol

UEFA Millətlər Liqasının qrup mərhələsinin bombardiri məlum olub.

Komanda.az xəbər verir ki, bu, Norveç yığmasının üzvü Erlinq Halanddır. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. 20 yaşlı hücumçu Norveç millisinin heyətində 4 oyuna 6 qol vurub.

Norveç yığması B Liqasının 1-ci qrupunda Şimali İrlandiya, Rumıniya və Avstriya ilə mübarizə aparırdı. Qrupda 5 oyun keçirən norveçlilər 10 xalla 2-ci sırada yer alıb. Norveç yığmasının Rumıniya ilə səfər matçı bir neçə futbolçuda koronavirus aşkarlanmasına görə təxirə salınmış, daha sonra Norveçə texniki məğlubiyyət verilmişdi.