Azərbaycan millisinə daha bir hücumçu çağırıldı

UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 10-da Podqoritsa şəhərində Monteneqro, oktyabrın 13-də isə Bakıda Kipr milli komandası ilə qarşılaşacaq Azərbaycan yığmasının heyətinə daha bir futbolçu dəvət olunub.

Komanda.az xəbər verir ki, AFFA-nın mətbuat xidməti məlumat yayıb. “Neftçi” klubunun hücumçusu Mirabdulla Abbasov millinin hazırlıq prosesində iştirak edəcək.