UEFA “Milan”ı cəzalandıra bilər

UEFA İtaliyanın “Milan” klubunu cəzalandıra bilər.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi 2015/16, 2016/17, 2017/18 və 2018/19 mövsümlərində maliyyə feyr-pley qaydalarını pozmaqda ittiham edilir. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

UEFA “Milan”la bağlı yeni araşdırmalara başlayıb. Qurum bir müddət əvvəl də “Milan”ı feyr-pley qaydalarına riayət etmədiyi üçün cəzalandırmışdı. Klubun avrokuboklarda iştirakı 2 illik qadağan edilmişdi. Lakin A Seriyası təmsilçisi İdman Arbitraj Məhkəməsinə baş vurmuş və cəza 12 milyon avro pul cəriməsiylə əvəzlənmişdi.