“Qarabağ”ın səfər proqramı bilindi

UEFA Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda “Bazel”in qonağı olacaq “Qarabağ” bu gün İsveçrəyə yollanacaq. 

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisini Bazel şəhərinə aparacaq təyyarə saat 18:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oyundan əvvəl təşkil olunacaq mətbuat konfransı dekabrın 8-də, Bakı vaxtı ilə 21:40-da olacaq. Media nümayəndələri ilə görüş matçın keçiriləcəyi “Sankt Yakob Park” stadionunda keçiriləcək.

Dekabrın 9-da keçiriləcək “Bazel” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.