Konfrans Liqası: “Qarabağ” 1-ci oldu

UEFA Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra komandaların statistik göstəriciləri açıqlanıb.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, dünən Qazaxıstanın “Kayrat” komandasını məğlub edən “Qarabağ” ən çox topla oynayan komandadır. Ağdam təmsilçisi 64 faizlik topla oynama ilə bu göstəricidə liderdir.

“Qarabağ” H qrupunda 7 xalla 2-cidir.