“Qarabağ” – “Bazel” matçının hakimləri bilindi

UEFA Konfrans Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Bazel” (İsveçrə) matçının təyinatları açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Erik Lambrext olacaq. Ona yan xətt hakimləri Rin Vanyzer və Jo de Veyrdt kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Vim Smet yerinə yetirəcək.

Sentyabrın 16-da, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Bazel” görüşü saat 20:45-də başlayacaq.