Kadinin qollarını UEFA da sevib VİDEO

UEFA Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda vurulan ən yaxşı qollar məlum olub.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın futbolçusu Kadi Borqesin Kiprdə “Omoniya”ya vurduğu hər iki qol ən yaxşılar siyahısında göstərilib.

Daha əvvəl 24 yaşlı yarımmüdafiəçinin “Omoniya” vurduğu ilk qol 2-ci turun ən yaxşısı seçilmişdi.

“Omoniya” – “Qarabağ” matçı 1:4 hesabıyla bitib.