Futbol qaydalarına edilən dəyişikliklərin tətbiq olunacağı vaxt bilindi

UEFA, futbol qaydalarına edilən dəyişikliklərin tətbiq olunacağı vaxtı açıqlayıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, yeni qaydalar iyunun 25-dən başlayaraq tətbiq olunacaq. Bir müddət əvvəl Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun qaydalarında aşağıdakı dəyişiklikləri edib:

  1. Qaydalarda əllə oyun dəqiqləşdirilib. Bilmədən əllə oynayan futbolçu qol vursa və ya qol vəziyyəti yaratsa, cəzalanacaq;
  2. Əvəzlənən futbolçu bütün meydanboyu yox, ona yaxın olan yan xətt tərəfdən ehtiyat oyunçular skamyasına yollanmalıdır;
  3. Komanda nümayəndələrinin qeyri-idman hərəkətinə görə sarı və qırmızı vərəqələrlə cəzalandırılma qaydaları dəqiqləşdirilib;
  4. Topa digər komandanın oyunçusu toxunmamışdan əvvəl qapıdan zərbə zamanı topun cərimə meydançasını tərk etməli olduğuna dair qayda ləğv edilib;
  5. Hücum edən komandanın oyunçularının canlı sədd qurulmasında aktiv iştiraklarına dair qaydalar təsdiqlənib. İndi onların bunu etmələrinə qadağa qoyulub. Cərimə zərbəsini yerinə yetirən komandanın oyunçuları müdafiə olunan tərəfin qurduğu səddən azı bir metr məsafədə olmalıdırlar;
  6. Penalti yerinə yetirilərkən qolkiperlərin qapı xətti üzərinə ayaqlarından birini qoyması da kifayətdir;
  7. Bəzi hallarda top baş hakimə dəydikdən sonra “mübahisəli top” təyin olunacaq.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button