UEFA-dan Rəhim Həsənova təyinat

Azərbaycanlı FİFA referisi Rəhim Həsənov UEFA-dan təyinat alıb.

Komanda.az xəbər verir ki, o, Avropa Liqasının 1-ci təsnifat mərhələsində iş başında olacaq.

Belə ki, Həsənov Trnava “Spartak”ı ilə Bosniya və Herseqovina klubu “Radnik” (Bijeljina) arasında Slovakiyada keçiriləcək cavab qarşılaşmasını idarə edəcək.

İyulun 18-də baş tutacaq matçda onun köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaq. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button