UEFA-dan “Qarabağ”la bağlı növbəti paylaşım

Avropa Konfrans Liqasının “twitter”dəki rəsmi səhifəsi “Qarabağ”la bağlı paylaşım edib.

Komanda.az xəbər verir ki, paylaşımda Ağdam klubunun Azərbaycan Premyer Liqasının 7-ci turunda “Sabah”ı 2:1 hesabı ilə məğlub etdiyi səfər oyunundan fotolar yayımlanıb.

“Başqa bir həftəsonu, “Qarabağ”ın növbəti qələbəsi” başlıqlı paylaşımda komandanın bütün turnirlərdə ardıcıl 15 oyundur məğlub olmaması, 10 qələbə qazanıb, 5 dəfə heç-heçə etməsi vurğulanıb.

“Qarabağ” Konfrans Liqasında növbəti oyununu oktyabrın 21-də Qazaxıstan “Kayrat”ına qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 20:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button