UEFA-dan “Qarabağ”a daha bir cəza

Hazırda Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qarabağ” klubu UEFA tərəfindən növbəti dəfə cərimələnib.

Komanda.az xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin avqustun 13-də Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Kipr APOEL-inə 0:2 hesabı ilə uduzduğu matçda baş verənlərdir.

Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə azarkeşlər meydana kənar əşyalar atdığı üçün “Qarabağ”a 4 min 375 avro (8 min 225 manat) cərimə kəsilib.

UEFA “Qarabağ”ı bu mövsüm Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İrlandiyanın “Dandalk” klubu ilə keçirdiyi qarşılaşmaya (3:0) görə də cərimələmişdi (Report).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button