UEFA-dan Nurlan İbrahimova sərt cəza

UEFA “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı yekun qərarını açıqlayıb.

Komanda.az xəbər verir ki, qitə futbol qurumu İbrahimovu futboldan ömürlük kənarlaşdırıb.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. UEFA Ağdam klubunu 100 000 avro məbləğində cərimə də edib.

Xatırladaq ki, Nurlan İbrahimov ermənilərin Bərdədə törətdiyi terror aktının təsiri altında “Facebook” səhifəsində düşmənə nifrət tonlu paylaşım etmişdi. Düşmən ölkənin futbol qurumu məlum paylaşımdan xəbər tutan kimi bu haqda UEFA-ya məktub göndərərək, ağdamlıların cəzalanmasını, hətta Avroliqadan uzaqlaşdırılmasını tələb edib.

“Qarabağ” məsələ ilə bağlı bəyanat yayıb və qəddarlıq fonunda duyğusal hisslərini ani idarə edə bilməyən İbrahimovun sosial şəbəkədə yazdığı və sonradan doğru olmadığını etiraf edərək sildiyi ifadələrin klubun mövqeyini əks etdirmədiyini, rəhbərlik tərəfindən dəstəklənmədiyini bildirib. Klub rəsmisinin hərəkəti Azərbaycan qanunvericiliyinə əsasən məsuliyyət yaratdığı üçün hüquq-mühafizə orqanları tərəfindən İbrahimova qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati iş başlanaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmə tərəfindən müvafiq cəza tətbiq edilib.