UEFA-dan Braziliya və Argentinaya Millətlər Liqası təklifi

UEFA Braziliya və Argentina millilərinə Millətlər Liqasında iştirak etmək üçün dəvət göndərib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, qurum, bu təklifi hər iki yığmaya Amerika kubokunun başa çatmasından sonra göndərib. Ancaq Braziliya ilə Argentina UEFA-nın təklifini müsbət qarşılamayıb və Millətlər Liqasında iştirakdan imtina edib.

Amerika kuboku-2019-da Braziliya millisi qalib olub, Argentina isə 3-cü yeri tutub.