“Çətin olacaq, amma şansımızın olduğunu düşünürük” – Klopp

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə “Atletiko”ya 0:1 hesabı ilə məğlub olan “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, alman mütəxəssis, məğlub olduqlarını oyunu belə dəyərləndirib:

“Burda 70 faiz topa sahib olmaq möhtəşəmdir, açığı, bu, uzun zamandır göstərdiyimiz ən yaxşı oyunlardan biri oldu. Belə mübarizə və atmosfer gözləyirdik, amma oyunumuzu çox bəyəndim.

Mərhələnin ikinci hissəsini öz meydanımızda keçirəcəyik və o oyun fərqli olacaq. Rəqib çox yaxşı müdafiə olundu. Oyun məni təəssüfləndirmir, həyatımda daha pis oyunlar olub. Sadəcə bir qolla məğlub olduq. Çətin olacaq, amma şansımızın olduğunu düşünürük. Rəqibin də şansı var, cavab oyununda onlar bizdən daha yaxşı olsalar, buna hörmət edəcəm, onlar növbəti mərhələyə keçməyə layiq olacaqlar.

Növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik. Bunu nə qədər istədiyimizi indi yox, cavab oyununun start fitindən sonra göstərəcəyik. Hələ heç nə bitməyib. Rəqibi və azarkeşlərini “Enfild Roud”da gözləyirik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button