ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı adına PSJ-dən Kilian Mbappe, “Liverpul”dan Məhəmməd Salah, “Borussiya”dan (Dortmund) Erlinq Haland və “Portu”dan Serxio Oliveyra namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.