UEFA Belçika klubunu Avroliqadan qovdu

UEFA Belçikanın “Mexelen” klubunu cəzalandırıb.

Komanda.az xəbər verir ki, qitə futbol qurumu sözügedən komandanı 2019/20 mövsümündə Avropa Liqasında iştirakdan məhrum edib.

Buna “Mexelen”in Belçika çempionatında danışılmış oyunlarda iştirak etməsi səbəb olub. Belçika Futbol Federasiyası tərəfindən cəzalandırılmış klubla bağlı UEFA-dan da gözlənilən qərar gəlib. Qitə futbol qurumu komandanı Avroliqadan uzaqlaşdırmağa qərar verib.

Qeyd edək ki, “Mexelen” Belçika Kubokunun qalibi olaraq bu mövsüm Avropa Liqasında mübarizə aparmaq hüququ qazanmışdı. Sözügedən klubu Avroliqada Belçika Kubokunun finalında uduzmuş “Gent” əvəz edib.