UEFA Azərbaycan – Monteneqro matçının yerini dəyişdi

UEFA Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Monteneqroya qarşı keçirəcəyi oyunun yerini dəyişdirib.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Laljak-İviç” stadionunda gerçəkləşəcək.

Qeyd edək ki, UEFA daha əvvəl oyunun Xorvatiyanın paytaxtı Zaqrebdəki Maksimir stadionunda keçiriləcəyini bildirmişdi. Azərbaycan yığması ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandanın 4-cü turda Kiprlə qolsuz heç-heçə etdiyi görüş Albaniyanın Elbasan şəhərində gerçəkləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button