UEFA Azərbaycan millisinin oyununun hakim-inspektorunu dəyişdi

UEFA Millətlər Liqasında Azərbaycan milli komandasının Monteneqro ilə keçirəcəyi oyunun hakim-inspektoru dəyişdirilib.

Komanda.az xəbər verir ki, C liqasında keçiriləcək görüşün hakim-inspektoru avstriyalı Stefan Messner olacaq.

Daha əvvəl UEFA oyuna hakim-inspektor kimi erməni əsilli, fransalı Paskal Qaribyanı təyin etmişdi. Lakin Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda baş verənlərə görə, o, Stefanla əvəzlənib.

Monteneqro – Azərbaycan oyunu sabah keçiriləcək.