“Qarabağ”ın “Düdelanj”la oyununun hakimləri açıqlandı

UEFA Avropa Liqasının qrup mərhələsində dekabrın 12-də, saat 21:55-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dudelanj” (Lüksemburq) oyununu idarə edəcək hakimlər məlum olub.

Komanda.az xəbər verir ki, qarşılaşmanı Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Kristo Tover olacaq. Ona Silver Koyv və Sten Klaasen kömək edəcək. Dördüncü hakim funksiyasını isə Yuri Frişer yerinə yetirəcək.