“Makkabi” – “Qarabağ” oyununun hakimləri açıqlandı

UEFA Avropa Liqasının İ qrupunun ilk turunun “Makkabi” (Təl-Əviv, İsrail) – “Qarabağ” oyununa təyinatlar açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Con Biton olacaq. Ona Frensis Konor və Daniel Makfarlan kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Euan Anderson yerinə yetirəcək.

Oktyabrın 22-də “Blumfild” stadionunda keçiriləcək “Makkabi” – “Qarabağ” oyunu saat 23:00-da başlayacaq.