“Neftçi”nin “Qalatasaray”la oyun üçün iştirak ərizəsi açıqlandı SİYAHI

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Türkiyənin “Qalatasaray” klubunu qəbul edəcək “Neftçi” iştirak ərizəsini UEFA-ya təqdim edib.

Komanda.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar” bu mərhələ üçün 25 futbolçu sifariş edib:

Qapıçılar: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov;

Müdafiəçilər: 2.Cabir Əmirli, 3.Mamadu Mbodj, 4.Rener Alves De Souza, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 26.Ömər Buludov, 91.Tallison Dias;

Yarımmüdafiəçilər: 7.Namik Ələskərov, 8.Emin Mahmudov, 10.Saman Nərimancahan, 19.Fəhmin Muradbəyli, 24.Yusuf Laval, 27.Fərid Yusifli, 28.Stiven Jozef-Monroz, 29.Sabir Buqrin, 36.Mamadu Kane, 37.Vüsal Əsgərov, 45.Əli Mürsəlov, 80.İsmayıl Zülfüqarlı;

Hücumçular: 13. Prins İbara, 22.Mirabdulla Abbasov, 55.İbrahim Əliyev.

Sentyabrın 17-də Bakı Olimpiya stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” matçı saat 20:00-da start götürəcək.