Avroliqa matçının yeri dəyişdirildi

UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Molde” (Norveç) – “Qranada” (İspaniya) matçının yeri dəyişdirilib.

Komanda.az xəbər verir ki, qarşılaşma daha əvvəldən nəzərdə tutulduğu kimi, Norveçdə deyil, Macarıstanda keçiriləcək. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Buna səbəb iki ölkə arasında səfərlərə koronavirus pandemiyasına görə qoyulan məhdudiyyətlərdir.

“Molde” – “Qranada” matçı martın 18-də, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.