AL: Son turun ən yaxşısı adına namizədlər bilindi

UEFA Avropa Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Komanda.az turnirin saytına istinadən xəbər verir ki, ən yaxşı adına “Hoffenhaym”dan Maksimilian Beyer, “Bayer”dən Leron Beyli, Sofiya ÇSKA-sından Ali Sove və “Tottenhem”dən Covani Lo Çelso namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button