Avropa Liqasında həftənin ən yaxşı futbolçusu

UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, Niderlandın PSV klubunun yarımmüdafiəçisi Mario Getsedir. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Getse “Real Sosyedad”la keçirilən ev oyununda (2:2) 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.