AL: Final matçının ən yaxşısı adına namizədlər

UEFA Avropa Liqasında final mərhələsinin oyunundan sonra qarşılaşmanın ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunun ən yaxşısı adına “Arsenal”ı 4:1 hesabıyla məğlub edən “Çelsi”dən 4 futbolçu namizəd göstərilib. Bunlar müdafiəçi Emerson Palmieri, yarımmüdafiəçi Eden Hazard və hücumçular Pedro Rodriqes və Olivye Jirudur.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.