Avropa Liqasında püşk atıldı: “Milan” və “Tottenhem”in rəqibi bilindi

UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, püşkün nəticəsinə əsasən Azərbaycan təmsilçisi “Neftçi” bu mərhələdə “Qalatasaray”la qarşılaşacaq.

2-ci təsnifat mərhələsində “Tottenhem” Bolqarıstan “Lokomotiv”inə rəqib olub. “Milan” isə İrlandiyanın “Şemrok Rovers” klubuyla qarşılaşacaq.

Avropa Liqası, 2-ci təsnifat mərhələsi

Çempionlar yolu

Astana (Qazaxıstan) – Buduçnost (Monteneqro)
Ararat-Armeniya (Ermənistan) – Fola Eş (Lüksemburq)
Konnah (Uels) – Dinamo (Tbilisi, Gürcüstan)
Yurqorden (İsveç) – Europa (Cəbəllütariq)
Flora (Estoniya) – Reykyavik (İslandiya)
KuPS (Finlandiya) – Slovan (Bratislava, Slovakiya)
Linfild (Şimali İrlandiya) – Floriana (Malta)
Riqa (Latviya) – Tre Fiori (San-Marino)
Sileks (Şimali Makedoniya) – Drita (Kosovo)
İnter (Andorra) – Dandalk (İrlandiya)

Əsas yol

Nomme Kalyu (Estoniya) – Mura (Sloveniya) cütünün qalibi – Orxus (Danimarka)
Neftçi (Azərbaycan) – Qalatasaray (Türkiyə)
Höteborq (İsveç) – Kopenhagen (Danimarka)
OFİ (Yunanıstan) – Apollon (Kipr)
Bala Taun (Uels) – Standard (Belçika)
Botoşani (Rumıniya) – Şkendiya (Şimali Makedoniya)
Aris (Yunanıstan) – Kolos (Ukrayna)
Riterlay (Litva) – Slovan (Çexiya)
Borats (Bosniya və Herseqovina) – Rio Ave (Portuqaliya)
Kukesi (Albaniya) – Volfsburq (Almaniya)
Osiyek (Xorvatiya) – Bazel (İsveçrə)
Bodo Qlimt (Norveç) – Jalgiris (Vilnüs, Litva)
Kaysar (Qazaxıstan) – APOEL (Kipr)
Lokomotiv (Gürcüstan) – Dinamo (M, Rusiya)
Kolreyn (Şimali İrlandiya) – Motervell (Şotlandiya)
Teuta (Albaniya) – Qranada (İspaniya)
Vikinq (Norveç) – Aberdin (Şotlandiya)
ÇSKA (Bolqarıstan) – BATE (Belarus)
Laçi (Albaniya) – Hapoel (Beer-Şeva, İsrail)
Ventspils (Latviya) – Rusenborq (Norveç)
Servett (İsveçrə) – Reyms (Fransa)
Olimpiya (Sloveniya) – Zrinski (Bosniya və Herseqovina)
Pyast (Polşa) – Hartberq (Avstriya)
Hibernians (Malta) – Fehervar (Macarıstan)
Hammarbü (İsveç) – Lex (Polşa)
Makkabi (Hayfa, İsrail) – Jelezniçar (Bosniya və Herseqovina) cütünün qalibi – Kayrat (Qazaxıstan)
B-36 (Farer adaları) – TNS (Uels)
Topola (Serbiya) – Styaua (Rumıniya)
Proqress (Lüksemburq) – Villem (Niderland)
Sfantul (Moldova) – Partizan (Serbiya)
Lokomotiv (Plovdiv, Bolqarıstan) – Tottenhem (İngiltərə)
Honved (Macarıstan) – Malmö (İsveç)
Linkoln (Cəbəllütariq) – Reyncers (Şotlandiya)
Renova (Şimali Makedoniya) – Hayduk (Xorvatiya)
Dunayska (Slovakiya) – Yablonets (Çexiya)
Şemrok Rovers (İrlandiya) – Milan (İtaliya)