UEFA AFFA-ya maliyyə yardımını davam etdirəcək

UEFA quruma üzv olan 55 assosiasiyaya 775,5 milyon avro maliyyə yardımı göstərəcək.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, yardım 2024-cü ilə qədər davam edəcək.

Qurumun milli assosiasiyaların fəaliyyətlərini dəstəkləmək məqsədi ilə 2004-cü ildə başlayan “HatTrick” proqramının detalları bəlli olub.

Avropa çempionatlarından əldə edilən gəlirlərin federasiyalara təqdim edildiyi proqramda beşinci 4 illik period başlayıb. UEFA 2020 – 2024-cü illər arasında 775.5 milyon avroluq fond yaradıb.

Avropa futbol təşkilatının üzv assosiasiyalara dəstəyi əvəlki illərlə müqayisədə 27 faiz artıb. Qurum 2024-cü ildən 2,6 milyard avroluq fond ayırmağı planlaşdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button