UEFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədləri açıqladı

UEFA 2018/19 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, bunlar “Barselona”nın kapitanı Lionel Messi, “Liverpul”un müdafiəçisi Vircil Van Dayk və “Yuventus”un hücumçusu Kriştiano Ronaldodur.

Qalib, avqustun 29-da Monakoda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı açıqlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button