“Udineze”ni La Liqa klubuna dəyişdi

İspaniyanın “Qranada” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, yeni mövsümdən La Liqada mübarizə apracaq sözügedən klub İtaliya təmsilçisi “Udineze”nin hücumçusu Darvin Maçisi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı venesuelalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Bu, Maçisin “Qranada”ya ikinci gəlişidi. Venesuelanın “Mineros de Quayana” klubunun yetirməsi olan futbolçunu Avropaya 2012-ci ildə məhz “Qranada” gətirib. 2015-ci ilə qədər bu klubun B komandasında oynayan hücumçu, 2018-ci ilə qədər də əsas komandada oynayıb. Amma o, bu müddətdə Portuqaliyanın “Vitoriya”, İspaniyanın “Herkules”, “Hueska” və “Leqanes” komandalarında da icarədə olub. 2018-ci ildə “Udineze”yə transfer olunan futbolçu İtaliya klubunda möhkəmlənə bilməyib. Bu üzdən də o, bu ilin yanvar ayında İspaniyanın “Kadis” klubuna icarəyə yollanıb.

Venesuela yığmasında 19 oyuna çıxan Maçis, 4 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button