“Udineze”dən Super Liqa klubuna

Türkiyənin “Konyaspor” klubu bu yay ilk transferini həyata keçirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi bosniyalı hücumçu Riad Bayiçlə güclənib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Konya təmsilçisi 25 yaşlı hücumçunu İtaliyanın “Udineze” klubundan 1 illik icarəyə götürüb. Mövsümün sonunda Türkiyə klubu Bosniya və Herseqovina yığmasında da forma geyinən futbolçunun transfer hüquqlarını almaq şansı əldə edib.

Bayiç “Konyaspor”da 10 nömrəli formanı geyinəcək.

Yeri gəlmişkən, bu, onun Konya klubuna ikinci gəlişidi. Ölkəsinin “Jelezniçar” klubunun yetirməsi olan Bayiç ilk dəfə məhz 2015-ci ildə bu komandada legioner həyatı yaşamağa başlayıb. 2017-ci ildə isə o, “Udineze”yə transfer olunub. İtaliyada çox forma şansı qazana bilmədiyi üçün o, geridə qalan mövsümü Türkiyənin “Başakşəhər” klubunda icarədə keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button