Üç hakimdə koronavirus aşkarlandı – Super Liqada

Futbol üzrə Türkiyə Super Liqasında yeni mövsümün startı ərəfəsində hakimlərdən koronavirus testi götürülüb.

Komanda.az xəbər verir ki, testlərdən üçünün nəticəsi müsbət olub.

Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Koronavirus aşkarlanan referilərdən biri baş hakim, ikisi isə köməkçi hakimdir. Onların 14 gün karantində qalacağı diqqətə çatdırılıb.