Azərbaycanın U-21 millisinin heyəti açıqlandı

Avropa çempionatının seçmə mərhələsində Fransa millisi ilə keçirəcəyi oyuna hazırlıq məqsədiylə avqustun 28-dən etibarən təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb:

Kamran İbrahimov (“Neftçi”), Şahin Zəkiyev, Turan Manafov (hər ikisi “Səbail”), Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Samir Məhərrəmli, Ozan Can Kökçü (hamısı “Sabah”), Rauf Hüseynli, Nihad Tamazov, Toral Bayramov, Elvin Cəfərquliyev (hamısı “Qarabağ”), İdris İnqilablı, Rövlan Muradov (hər ikisi “Qəbələ”), Turan Vəlizadə (“Keşlə”), Hacıağa Hacılı (“Zirə”), Mərt Çelik, Əmrə Kaplan (hər ikisi “Başakşəhər”, Türkiyə), Fərid Nəbiyev (“Viktoriya”, Çexiya), Səbuhi Abdullazadə, Rüfət Abdullazadə, Süleyman Əhmədov (hamısı “Sumqayıt”), Muhammed Mustafa Yıldırım (“Alanyaspor”, Türkiyə).

Fransa millisi ilə oyun avqustun 7-də, Sumqayıt şəhər stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button